...

Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib - Samir Şərifov

Siyasət Materials 18 İyun 2025 10:34 (UTC +04:00)
Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib - Samir Şərifov
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bunu “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

O qeyd edib ki, bu tədbir Azərbaycan və Türkmənistan arasında çoxşaxəli əməkdaşlığa, gələcək perspektivə və digər məsələlərə həsr olunub.

"İlk öncə Azərbaycanın xarici siyasətində müstəsna yer tutan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa nəzər salmaq istərdim. Müstəqillik əldə olunandan sonra ölkələrimiz iki və çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir", - S.Şərifov qeyd edib.

S.Şərifov qeyd edib ki, bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı ticarət əlaqələri gücləndirilir:

"Xəzər dənizi vasitəsilə resursların ötürülməsində region ölkələri mühüm töhfə verir. Bu gün Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrimiz möhkəmlənib. Türkmənistanla münasibətlərimiz tarixi, mədəni ortaqlığa əsaslanır.

Bir neçə gün əvvəl iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd etdik. 2017-ci ildə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanmışdır. Həmin bəyanat geniş sahələrdə əməkdaşlığa yol açmışdır. İqtisadi və humanitar sahədə əməkdaşlığın inkişafı məqsədilə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya çərçivəsində qəbul olunmuş qərarların icrası humanitar və iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradacaqdır. Azərbaycan və Türkmənistan arasında quru sərhədi olmasa da, Xəzər dənizi iki ölkə arasında körpü rolunu oynayır. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti