...

Kanada XİN rəhbəri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 19 İyun 2025 09:56 (UTC +04:00)
Kanada XİN rəhbəri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Kanada XİN rəhbəri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, İsrail-İran müharibəsi başlayandan 600-dən çox şəxsin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən rahat keçidi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti