...

Elmira Axundova: "Avropa İnsan Haqları Məhkəməsinə təqdim etmək üçün on minlərlə sənəd hazırdır"

Siyasət Materials 7 Aprel 2006 17:34 (UTC +04:00)

Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi mərkəzinin sədri latviyalı jurnalist, Azərbaycan vətəndaşı Tatyana Çaladze ermənilərin işğalçı siyasəti nəticəsindən zərər çəkən azərbaycanlılardan on minlərlə sənəd toplayıb. Trend xəbər verir ki, bu barədə millət vəkili Elmira Axundova bildirib.

E.Axundova qeyd edib ki, 2002-2004-ü illərdə toplanan həmin məlumatlar ermənilər tərəfindən törədilən Xocalı faciəsində öldürülən və yaralanan insanların yaxınları tərəfindən verilib: "Bütün sənədlər rəsmi surətdə qeydiyyata alınıb. 2004-cü ildə BMT-nin beynəlxalq məhkəməsi və Avropa parlamentarilərindən ibarət qrup sənədlərlə bağlı ilkin məsləhətləşmələr aparıblar. Qərara alınıb ki, Xocalıda törədilən faciə ilə bağlı Hərbi Tribunala müraciət etmək olar".

Millət vəkili onu da söyləyib ki, artıq iki ildir bu istiqamətdə müəyyən layihələr hazırlanıb. Lakin onların həyata keçirilməsi üçün müəyyən vəsait lazımdır: "Mən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımdan xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın və ermənilərin işğalçı siyasəti nəticəsində hüquq pozulan azərbaycanlıların beynəlxalq məhkəmələrə müraciət etməsinə yardım göstərsin".

Xəbər lenti

Xəbər lenti