...

Məhərrəm Əliyev: Son bir neçə ildə Bakıda kriminogen durum və ictimai siyasi sabitlik qismən qorunub saxlanıb

Siyasət Materials 21 Aprel 2006 17:56 (UTC +04:00)

Son bir neçə ildə Bakıda kriminogen durum və ictimai siyasi sabitlik qismən qorunub saxlanıb. Trend "Lider" TV-yə istinadən məlumat verir ki, bu barədə aprelin 21-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilən kollegiya iclasında BŞBPİ rəisi Məhərrəm Əliyev məlumat verib.

Eyni zamanda paytaxtda törədilən xeyli sayda cinayət hadisəsinin bağlı qalması kriminogen duruma öz mənfi təsiri göstərir. İdarə rəisi bildirib ki, paytaxt polisinin bu sahədəki səyləri hələlik nəticə verməyib. O, həmçinin qeyd edib ki, bəzi əməkdaşların işdə kobudluğa, məsuliyyətsizliyə və digər nöqsanlara yol verməsi paytaxt polisinin fəaliyyətinə xələl gətirir. Bu nöqsanlara yol vermiş bir nçeə əməkdaş barədə tədbir görüləcək.

Kollegiya iclasında paytaxt polis idarələrinin rəisləri də hesabat veriblər.

Xəbər lenti

Xəbər lenti