...

İyunun 27-28-də Vyanada ATƏT-in təhlükəsizlik sahəsindəki problemlərin icmalı üzrə illik konfransı keçiriləcək

Siyasət Materials 1 İyun 2006 20:34 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, iyunun 27-28-də Vyanada ATƏT-in təhlükəsizlik sahəsindəki problemlərin icmalı üzrə illik konfransı keçiriləcək. Konfransda ATƏT-in bütün 55 üzv dövlətinin nümayəndələri iştirak edəcək. Polis və hüquq-mühafizə orqanlarının sabitlik və təhlükəsizliyin təminatındakı rolu müzakirə olunacaq.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıq, terrorizm və narkotik maddələr alverilə mübarizə, eləcə də sərhəd rejiminin təhlükəsizliyi sahəsindəki roluna da toxunulacaq. Böhranların əvvəlcədən qarşısının alınması, nizamlanması və münaqişədən sonrakı vəziyyətin tənzimlənməsinə vahid yanaşma hazırlanıb.

Etimad və təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirlər də daxil olmaqla, ATƏT-in bu məsələlərə töhfəsi müzakirə olunacaq.

2006-cı il iyunun 6-na qədər konfrans iştirakçıları ATƏT-in katibliyinə nümayəndə heyətlərinin tərkibi barədə məlumat verməli, iyunun 20-nə kimi isə əsas məruzələrə dair rəylərini təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti