...

MSƏM Sədrlər Şurası növbəti toplantısını keçirib

Siyasət Materials 14 İyun 2006 14:56 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurası iyunun 14-də növbəti toplantısını keçirib. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, toplantıda əsasən Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanması ilə bağlı məsələ müzakirə olunub: "Bu həftə ərzində İran səfirliyi qarşısında planlaşdırılan etiraz aksiyalarına hazırlıq nəzərdən keçirilib. Eyni zamanda GAMOH lideri Mahmudəli Çöhrəqanlının Türkiyədə həbs olunmasına da münasibət bildirilib".

AMİP rəsmisi bildirib ki, bu məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinə MSƏM Sədrlər Şurası adından müraciət edilib. A.Rüstəmov onu da vurğulayıb ki, toplantıda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində vandalizm aktları da geniş müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti