...

Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının növbəti iclası bu ilin payızında Bakıda keçiriləcək

Siyasət Materials 17 İyul 2006 11:27 (UTC +04:00)

Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyasının növbəti iclası bu ilin payızında Bakıda keçiriləcək. Bu barədə Trend ə Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupundan bildiriblər.

Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun sədri Arif Rəhimzadəyə istinadən qrupdan onu da bildiriblər ki, Azərbaycanda Rusiya ili çərçivəsində baş tutacaq tədbirdə məqsəd ölkələrimiz arasında parlamentlərarası əlaqələri daha da genişləndirmək, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparmaq və əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmaqdır.

İclasda digər məsələlərin də müzakirə olunacağı bildirilib.

Xəbər lenti

Xəbər lenti