...

Gürcüstan parlamenti GUAM-ın nizamnaməsini ratifikasiya edib

Siyasət Materials 25 İyul 2006 18:00 (UTC +04:00)

Bu gün Gürcüstan parlamenti "GUAM demokratiya və iqtisadi inkişaf təşkilatı"nın nizamnaməsini ratifikasiya ediib. Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, 120 deputat bu qərarın lehinə səs verib.

Təşkilat mayın 22-23-də Kiyevdə keçirilən GUAM dövlətlət başçılarının zirvə görüşündə yaradılıb. Bu təşkilat Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanı biləşdirir. Təşkilatın əsas vəzifəsi - demokratik dəyərlərin müəyyənləşdirilməsi, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiyanın dərinləşdirilməsidir. Təşkilatın baş qərargahı Kiyevdə yerləşir, baş katib isə 5 illik müddətə seçilir.

Xəbər lenti

Xəbər lenti