...

Stiven Mənn: BTC boru kəmərinin açılışı – ABŞ-ın dəstəklədiyi çoxsaylı boru kəməri siyasətində uğurdur

Siyasət Materials 27 İyul 2006 13:41 (UTC +04:00)
Stiven Mənn: BTC boru kəmərinin açılışı – ABŞ-ın dəstəklədiyi çoxsaylı boru kəməri siyasətində uğurdur

Amerika Birləşmiş Ştatları enerji resursları üzrə rəqabət qabiliyyətli həllərin yaradılmasında və möhkəm demokratik institutların inkişafında Mərkəzi Asiya ölkələrinə yardım etmək istəyir. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın yüksək vəzifəli nümayəndələri bu həftə Beynəlxalq əlaqələr üzrə Palatanın yarımkomitəsinin dinləmələrində bəyan ediblər.

ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə yardımçısının baş müavini Stiven Mənn bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri müəyyən ediblər ki, onların energetika ixracı strategiyaları üst-üstə düşür.

ABŞ-ın Rusiya və Avrasiya üzrə energetika departamentinin başçısı Lana Ekimoff qeyd edib ki, 2010-cu ilə qədər bölgə ölkələri sutkada 4 mln. barel neft və 680 mln. kubmetr qaz ixrac edəcəklərini ehtimal edirlər.

Xəzərin neft və qazının olması qlobal energetika təhlükəsizliyinə yardım edəcək qlobal energetika tədarüklərini diversiya etməyə kömək edir. Ekimoff əlavə edib ki, bölgənin energetika resurslarının bütün potensialı hələ naməlum olaraq qalır.

"Məqsədimiz hasil edən və tranzit ölkələr arasında regional tərəfdaşlığa yardım etməkdir. Ölkələrin yeni kommersiya ixrac marşrutlarının inkişafının dəstəklənməsində məsuliyyəti öz üzərlərinə götürmələri və birgə iş üçün yol axtarıb tapmaları çox vacibdir", - deyə Ekimoff bildirib.

Mənn bildirib ki, Xəzər Boru kəməri Konsorsiumu boru kəmərinin tikintisinin tamamlanması və iyulun 13-də 3,9 mlrd. ABŞ dolları dəyərində BTC boru kəmərinin açılışı - ABŞ-ın bölgədə dəstəklədiyi çoxsaylı boru kəməri siyasətində əhəmiyyətli uğurdur.

Qazaxıstanın BTC layihəsinə qoşulması üzrə gələcək planları nəzərə almaqla, bölgə ölkələri böyük və ən yaxşı ixrac imkanları əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti