...

Növbəti eşelon Gürcüstandan Rusiyaya 12 ədəd zirehli texnika daşıyacaq

Siyasət Materials 31 İyul 2006 16:01 (UTC +04:00)

Tsalka dəmir yolu stansiyasında Gürcüstandakı Rusiya hərbi bazalarından hərbi texnika və əmlakla doldurulmuş növbəti eşelon yola düşmək üzrədir. Bu barədə "Kavkaz-Press"a Cənubi Qafqazda Rusiya Qoşunları Qrupu komandanının müavini polkovnik Vladimir Kuparadze bildirib.

"Eşelonu çərşənbə axşamı, səhər yola salmaq planlaşdırılır. Bu eşelon Axalkalakidəki 62-ci hərbi bazadan Rusiyaya 10 tank və 2 BMP, təxminən 100 ton zirehli tank əmlakı daşıyacaq" - deyə, Trend agentliyinin məlumatına əsasən, Kuparadze əlavə edib.

Xəbər lenti

Xəbər lenti