...

Müğənni Natəvan jurnalistlərdən niyə qaçır?

Cəmiyyət Materials 1 Fevral 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral /müx.TrendLife Türkan İmaməliyeva/

Gənc müğənni Natəvan Həbibi hazırda üç yeni mahnı üzərində çalışır. Sənətçi müğənni Tunarla birgə duet oxumağa da hazırlaşır. Onlar sözləri meyxanaçı Mehmana, musiqisi Tunara məxsus olan "Səbr elə" adlı mahnılarını lentə aldıracaqlar. Klipin rejissoru hələmüəyyən olunmayıb. Maraqlandıq, bu birgə layihəninideyası hardandır? Sən demə, Natəvan Həbibinin Tunarla işbirliyi istəyi xeyli müddət bundan öncə başlanıb.

TrendLife-a açıqlamasında Həbibi bunları söylədi. "Bəlkə çoxları bilmir, ancaq xatırladım ki, Tunarın Röya ilə birgə oxuduğu "Həsrət nəğməsi"ni mən oxumalı idim. Müəyyən vaxt azlığından ləngimələr başladı. Röya da bu mahnını studiyada eşidib, xoşuna gəldiyindən, oxumuşdu. Bu layihəmiz baş tutmadığı üçün, Tunar bu dəfə mənə "Səbr elə"ni təklif etdi"

Maraqlandıq ki, bəs ilk əvvəl mahnı Natəvana təqdim olunmuşdusa, Röyanın ifasında eşidəndə əsəbiləşməyib ki? Həbibi sualımıza cavab olaraq bildirdi ki, Röya ilə onların arasında heç vaxt mahnı davası olmayıb. Gənc sənətçi "Bəlkə də Röya bu günə qədər bilmir ki, Tunar ilk əvvəl bu mahnını mənə təqdim etmişdi. Məhz Röya oxuduğu üçün nəsə deməyə ehtiyac duymadım"- bildirdi.

Bundan əlavə, Həbibi "Bezdim" mahnısını lentə aldırır. Mahnının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur. Adıçəkilən mahnıya klip çəkiləcəyi də planlaşdırılır. Rejissor kimi Natəvan Aqil M.Quliyevə müraciət edəcək. Digər bir mahnı isə "Sevəcəyəm" adlanır. Mahnının sözləri Kəmalə Qasımovaya, musiqisi Nazimə məxsusdur. Bu mahnıya da klip çəkilməsi planlaşdırılıb.

Yeri gəlmişkən onu da qeyd edək ki, Natəvan Həbibi TrendLife-ın əməkdaşı ilə söhbətində mətbuat nümayəndələrindən də xeyli gileyləndi. Bir çoxlarının savadsız olduğunu dilə gətirdi. Söylədi ki, məhz bəzi müxbirlərin savadsızlığı üzündən, mətbuatdan uzaq düşüb. Dediyinə görə, bəziləri onun dediyini təhrif edərək, tamamilə başqa fikirləri işıqlandırırlar. Bu səbəbdən də mətbuata son vaxtlar açıqlama vermir.

Xəbər lenti

Xəbər lenti