...

Röya Ayxan bazar günü "Popstar Alaturka"da qonaq kimi çıxış edəcək

Cəmiyyət Materials 16 Fevral 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı,16 fevral /müx. TrendLife Şahin Cavadsoy

Məmləkətimizdə də böyük maraqla izlənilən "Popstar Alaturka" musiqi yarışmasının növbəti canlı yayımında yerli şou-biznesin tanınmış simalarından olan müğənni Röya Ayxan qonaq kimi çıxış edəcək. Bu haqda TrendLife-a müsabiqənin təşkilatçıları ilə bilavasitə əlaqəli olan "Azər Star production"ın rəhbəri - tanınmış prodüser Kemal Cenk İçten məlumat verdi: "17 fevral tarixinə təsadüf edəcək müsabiqənin budəfəki canlı yayımı da "Star TV" seyrçiləri tərəfindən böyük maraqla izləniləcək. Çünki bu bazar günü "Popstar Alaturka"da görünmək Azərbaycan estradasının ulduzu Röya Ayxana nəsib olacaq. Yüz faiz bilirəm ki, Röya xanım öz çıxışıyla müsabiqənin münsiflər heyətini təəccübləndirə biləcək. Röya Ayxanın bu səfərini "Popstar Alaturka"da mübarizəsini davam etdirən iştirakçı Aygün Şükürovaya bir dəstək kimi də qiymətləndirmək olar. Çox istərdim ki, Röya xanımın ayağı düşərli olsun və Aygün növbəti tura keçmək üçün heç bir çətinliklə üzləşməsin".

Xəbər lenti

Xəbər lenti