Azərbaycan, Bakı, 22 may / Trend , müxbir R.Ergün/ Bakıda taekvando üzrə keçiriləcək açıq Azərbaycan çempionatına qatılacaq ölkələr arasında İran və Fransa yığma komandaları favoritdirlər. "Taekvando çempionatında iştirak edəcək komandaların demək olar ki, hamısı güclüdürlər. Amma əsas favoritlər İran və Fransa yığmalarıdır", cümə axşamı Trend -a Azərbaycanın taekvando yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
Mayın 24-ü və 25-də keçiriləcək taekvando üzrə açıq Azərbaycan çempionatında 15-ə yaxın ölkənin idmançılarının iştirak edəcəyi gözlənilir. Fransa, İordaniya, Türkiyə, Rusiya, İran və Koreyanın idmançıları artıq Bakıdadırlar.
Yığma komandanın baş məşqçisi bildirib ki, Azərbaycan çempionatda dörd komanda ilə iştirak edəcək.
Bu, Bakıda təşkil olunan sayca üçüncü çempionatdır.
Yarışlar Əl Oyunları İdman Sarayında keçiriləcək.
Çempionatda ancaq böyük yaş qrupunda çıxış edən taekvandoçular mübarizə aparacaqlar.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]