...

"Nitra"-"Neftçi" oyunu Azərbaycanın 105.0 radiodalğasında canlı yayımlanacaq

Cəmiyyət Materials 27 İyun 2008 17:02 (UTC +04:00)
"Nitra"-"Neftçi" oyunu Azərbaycanın 105.0 radiodalğasında canlı yayımlanacaq

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın "Neftçi" futbol klubunun sabah Slovakiyada keçiriləcək "Nitra" ilə cavab oyunu Bakının 105.0 FM radiodalğasında canlı yayımlanacaq. Bu barədə cümə günü Slovakiyadan "Neftçi" klubunun mətbuat katibi Səbuhi Səfiyarlı məlumat verib.

Trend -un arayışı: "Neftçi" ötən həftə Bakıda keçirilən oyunda "Nitra"nı 2:0 hesabı ilə məğlub edib. Hər iki qol oyunun ilk hissəsində vurulub. Qolların müəllifləri Rəşad Sadıqov və Rəşad Sadiqov olublar.

"Neftçi" birinci mərhələdən keçsə, Belçikanın "Jerminal" klubu ilə görüşəcək. İlk oyun Belçikada olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti