...

Azərbaycanlı müğənni "Ave Maria"nı oxuyur

Cəmiyyət Materials 18 İyul 2008 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /TrendLife müxbir Eldar Hüseynzadə/

Azərbaycan şou-biznesi daha bir ad əlavə olundu. Lətfiyyə Fətəliyeva kimi istedadlı vokal müğənni. Onun "Ave Maria" mahnısına çəkdirdiyi klip özünəməxsusluğu ilə seçildi.

"Hər bir müğənni üçün oxuduğu ilk əsəri qiymətli olur. Vokalla məşğul olarkən mənim ilk əsərim Konçinin yazdığı "Ave Maria" oldu. O əsər çox xoşuma gəlir",-bu sözləri Lətfiyyə Fətəliyeva klipinin təqdimatı zamanı TrendLife-a söyləyib.

Hazırda Lətfiyyə Bakı Musiqi Akademiyasında Xuraman Qasımovanın sinfində təhsil alır. Doqquzuncu sinifə qədər o, pianinoda ifa edib, daha sonra isə vokalla məşğul olmağa başlayıb.

"Ave Maria" onun ilk klipidir. "Ave Maria" ilk klipimdir. Lakin mən müxtəlif dövlət konsertlərində, Tofiq Quliyevin 90 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişəm. Həsənağa Qurbanovla da çıxışlarımız olub".

Klipin ideyası ondan ibarət idi ki, dində bir-birinə qarşı təmkinli olmalısan, Allah təkdir. Onu bölmək olmaz. Bircə klipin sonunda katolisizmlə islamın bir vəhdətdə birləşməsini anlaya bilmədim. Bəlkə də bunu heç etmək lazım deyildir. Amma yenə də deyirəm ki, ideya maraqlı idi, klip özüdə uğurlu alınmışdı.

"Mən bu işimlə onu göstərmək istədim ki, dinlər arasında həmişə toqquşma olub və olacaq. Nəticədə isə hər bir din insana xidmət edir. Allah təkdir, lakin hər kəs ona müxtəlif cür inanır. Ümumiyyətlə dinlər arasında çəkişmə haqqında mövzular həmişə maraqlı olub. Bu haqda Azərbaycan ədəbiyyatında da bir çox əsərlər var", -deyən Fuad Əlişov söləyib.

Lətfiyyə Fətəliyevanın vokal qabliyyətini xüsusilə qeyd etməliyik. Nahaqdan o, X. Qasımovanın tələbəsi deyil.

"Əvvəldə azanın olması mənim ideyam idi. Daxilən mömin insanam. Öz klipim ilə bir daha onu göstərmək istədim ki, Allah təkdir, istəyirsən müsəlman ol, ya da xristian. Quranda da deyilir ki, digər dinlərə də mütləq hörmət etmək lazımdır"-L. Fətəliyeva qeyd edib.

Klipi izləmək üçün tədbirə bir çox incəsənət xadimləri gəlmişdir. Onlar kliplə bağlı təssüratlarını TrendLife-la bölüşdülər.

"İslam və xristian mövzusu qədimdən mövcuddur. Azərbaycanda bu artıq olub. Necə ki, bunu Hüseyn Cavid "Şeyx Sənan" əsərində göstərib. Əsərdə oğlan gürcü qızına aşiq olur və buna görə hər şeydən keçir. O ki, qaldı klipə F. Əlişov isə hər zamankı kimi öz işləri ilə bizləri sevindirir. O, maraqlı dramaturgiya yaradıb, gözəl klip ortaya çıxarıb"-teatr xadimləri ittifaqının sədri Azərpaşa Neymətov bildirib.

Baba Vəziroğlunun fikrincə bu klip yox, mini filimdir. "Lətifə xanım, gənc və istedadlı müğənnidir. Mən də bu klipin araya gəlməsində mənəvi dəstək göstərmişəm. Bizim bədxəxlar yazır ki, Azərbaycan-geridə qalmış ölkədir. Bu klipin sayəsində isə bütün dünyaya tam əksi sübut edəcəyik. Bizim böyüklüyümüz ondadır ki, Azərbaycan müxtəlif dinlərin və xalqların ümumi evidir".

Xəbər lenti

Xəbər lenti