...

Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçulara hökm oxunub

Cəmiyyət Materials 30 Aprel 2010 16:25 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissəsinin kiçik çavuşu Şamxal Mehdiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçulara hökm oxunub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçulara hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissəsinin kiçik çavuşu Şamxal Mehdiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən kişik çavuş Cəsarət Qasımov isə 6 ay islah işləri cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (332.2.3), soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiqetmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər hərbi hissədə xidmət keçərkən qanunsuz olaraq, hədə-qorxu yolu ilə 2009-cu ilin yanvar-iyun ayları ərzində əsgərlərin əməkhaqlarını alıblar. Əməkhaqqını verməyən əsgərləri isə döyərək, onlara işgəncə veriblər.

Xəbər lenti

Xəbər lenti