...

Azərbaycanda məktəblilərə pulemyotçuluq təlimləri keçiriləcək - general-mayor Novruzəli Orucov

Cəmiyyət Materials 11 Mart 2011 16:58 (UTC +04:00)
Azərbaycan məktəblilərinə və yeniyetmələrə pulemyotçuluq təlimləri keçiriləcək. Bu barədə cümə günü Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Hərbi İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.
Azərbaycanda məktəblilərə pulemyotçuluq təlimləri keçiriləcək - general-mayor Novruzəli Orucov

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan məktəblilərinə və yeniyetmələrə pulemyotçuluq təlimləri keçiriləcək. Bu barədə cümə günü Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Hərbi İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib.

Onun sözlərinə görə, artıq təlimlərdə istifadə etmək üçün Rusiya Federasiyası istehsalı olan pnevmatik pulemyotlar sifariş olunub. Həmin silahlar gətirildikdən sonra kurslara başlanacaq.

"Biz artıq pnevmatik kalaşnikov avtomatları almışıq. Kurslar əsasən 8-11-ci sinif şagirdləri üçün olacaq. Onlar 11-ci sinfi bitirdikdən sonra bizim hərbi hissələrlə imzaladığımız müqavilələrə əsasən hərbi hissələrdə döyüş silahları ilə kurs keçəcəklər", - Orucov əlavə edib.

General-mayor Orucov bildirib ki, pulemyotçular yaxınməsafəli mövqe döyüşlərində mühüm əhəmiyyət daşıyır.

"Yaxşı və təcrübəli pulemyotçuların olması döyüşlərdə həlledici amilə çevrilə bilər. Ona görə də biz Azərbaycan Ordusu üçün pulemyotçu hazırlığına önəm veririk", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti