...

İsraildəki Azərbaycan diasporu Novruz bayramını qeyd edib

Cəmiyyət Materials 19 Mart 2011 14:18 (UTC +04:00)
"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsi Netanya şəhərindəki məşhur "Bakinskiy dvorik" restoranında Novruz bayramı münasibətilə tədbir keçiriblər. Bu barədə Trend-ə şənbə günü Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İsraildəki Azərbaycan diasporu Novruz bayramını qeyd edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsi Netanya şəhərindəki məşhur "Bakinskiy dvorik" restoranında Novruz bayramı münasibətilə tədbir keçiriblər. Bu barədə Trend-ə şənbə günü Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bayram tədbirini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Yeganə Salman assosiasiya prezidenti Yosef Şaqalın Azərbaycan mənşəli bütün insanlara təbrik və firavanlıq arzu etdiyi təbrik məktubunu oxuyub. Daha sonra Yeganə Salman Azərbaycan xalqının Novruz bayramını qeyd etməyə başlaması tarixindən söz açıb. O qeyd edib ki, bu, Azərbaycandan köçmüş insanlar üçün taleyin onları hansı ölkəyə atmasından və onların harada yaşadıqlarından asılı olmayaraq qeyd etdikləri ən dəyərli bayramdır.

"Sevindirici haldır ki, "Azərbaycan-İsrail" Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsi mahiyyət etibarilə həyatda varlığın 4 elementi olan torpaq, su, od və havanı təcəssüm edən və İsraildəki bütün azərbaycanlıları və Azərbaycan mənşəli digər insanları birləşdirən Novruz bayramını qeyd etməyi özlərinin borcu hesab edirlər", - İsraildə Azərbaycanın Novruz bayramının qeyd olunmasının təşəbbüskarı və təşkilatçısı olan Yeganə Salman qeyd edib.

İsrailin Azərbaycan Diasporu Komitəsinin nümayəndəsi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut öz çıxışında azərbaycanlıların milli ruhunun ən bariz nümunəsi olan Novruz bayramının sovet hakimiyyəti illərində qadağan olunduğunu qeyd edərək, Azərbaycan diasporunun nümayəndələrini İsraildə yaşasalar da, Azərbaycanın milli bayramlarını, eləcə də Azərbaycan xalqının yaşamış olduğu faciələri heç bir zaman unutmamağa çağırıb.

Tədbir zamanı Azərbaycan milli geyiminin elementlərini kimin necə bilməsini müəyyən edən viktorina keçirildi. Qaliblər Heydər Əliyev tərəfindən təqdim olunmuş kitab və disklər verilib. Tədbir zamanı Azərbaycan rəqslərinin ən yaxşı ifaçısı müsabiqəsi keçirilib. Qalibə Azərbaycan xalq mahnılarından ibarət DVD-karaoke təqdim olunub.

Xəbər lenti

Xəbər lenti