...

Qobustan qoruğunda yaranan çatlarla bağlı monitorinqin ilkin nəticələri açıqlanıb

Cəmiyyət Materials 2 Aprel 2012 11:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qobustan Tarixi Bədii Dövlət Qoruğunun ərazisində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.
Qobustan qoruğunda yaranan çatlarla bağlı monitorinqin ilkin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.

Nazirliyin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bazar ertəsi Trend-ə deyib ki, qoruqdakı dağın zirvəsində 14 hektara yaxın düzən bir sahənin cənub-şərq hissəsində uzunluğu 150-180, eni 2 metrə qədər, görünən dərinliyi 10-30 metr olan qırılma xətləri var.

"Dünən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə əraziyə getdik. Orada kiçik daş dağının zirvəsi boyunca çatlar var. Ərazi geoloji cəhətdən mürəkkəbdir. Əraziyə yaxın olan oxşar strukturlarda çatların yaranması, çatların güclü inkişaf etməsi kimi problemlər olub", - baş mühəndis əlavə edib.

Niftiyev bildirib ki, ərazidə görünən qalınlığı 30 metrə qədər olan əhəng daşı layı var. Bu həmin dağın üzərini örtür. Həmin əhəng daşı da qırılmalar vasitəsilə müxtəlif ölçülü qaymalara parçalanıb. Bir qırılma isə dağın çənub-şərq istiqamətindən başlayır və şimal-qərb istiqamətinə qədər bütün hissəni kəsib keçir

Xəbər lenti

Xəbər lenti