...

Misir Mərdanov: "Eurovision 2012" ərzində Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq

Cəmiyyət Materials 17 Aprel 2012 10:33 (UTC +04:00)
"Eurovision 2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi müddətdə Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq.
Misir Mərdanov: "Eurovision 2012" ərzində Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

"Eurovision 2012" Mahnı Müsabiqəsinin keçiriləcəyi müddətdə Bakıdakı orta məktəblərdə dərslərin dayandırılmasına zərurət yaranmayacaq. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

Mərdanov deyib ki, bu yarışma Bakının müəyyən hissəsində keçiriləcək.

"Müsabiqə keçirilən zaman artıq dərslər başa çatmaq ərəfəsində olacaq", - nazir qeyd edib.

Onun sözlərinə görə, hələlik orta məktəblərdə dərslərin dayandırılması məsələsinin müzakirəyə çıxarılması və bununla bağlı qərarın verilməsi gözlənilmir.

Xəbər lenti

Xəbər lenti