...

AMEA arxeoloji tapıntı ilə rastlaşan əhaliyə müraciət edib

Cəmiyyət Materials 11 İyul 2012 12:30 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əhaliyə müraciət edərək onları arxeoloji tapıntı ilə rastlaşarkən tapıntıları Azərbaycan Tarixi Muzeyinə təhvil verməyə çağırıb.
AMEA arxeoloji tapıntı ilə rastlaşan əhaliyə müraciət edib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əhaliyə müraciət edərək onları arxeoloji tapıntı ilə rastlaşarkən tapıntıları Azərbaycan Tarixi Muzeyinə təhvil verməyə çağırıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən brifinqdə AMEA-nın vitse-prezidenti, Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı bildirib. O, bəzən tapıntılar aşkarlanarkən əhalinin onu muzeylərə vermədiyindən təəssüfləndiyini bildirib.

Vəlixanlı deyib ki, əhali heç də hər zaman tapdıqları arxeoloji tapıntını muzeylərə təqdim etməkdə maraqlı olmur.

O, bu yaxınlarda Ağdaşda məktəb tikintisi aparılarkən çar Nikolayın dövrünə aid tapılan rus pullarının muzeyə təhvil verilməməsini pis qiymətləndirib.

"Bizə verilən məlumata görə, guya həmin pullar Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Bunu araşdırmaq üçün Ağdaş rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Oradan bildirdilər ki, pulları məktəbdə işləyən fəhlələr tapıblar və onu öz aralarında bölüşdürüblər. Fəhlələrdən yalnız ikisi pulları götürdüklərini etiraf ediblər. Həmin pullardan 10-u qaytarılıb. Mən bir neçə dəfə müraciət edib bildirmişəm ki, hər bir rayonun İcra Hakimiyyəti başçısı, ziyalıları maarifləndirmə işləri aparmalıdırlar", - AMEA-nın vitse-prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti