...

Müdafiə Nazirliyi xəstə əsgərin ordudan tərxis olunmaması barədə mətbuatda yazılanlara münasibət bildirib

Cəmiyyət Materials 21 Dekabr 2012 16:26 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, N saylı hərbi hissənin əsgəri Rəşad İsgəndərovun anası Nənəxanım Nəsibova bir sıra dövlət qurumlarına, o cümlədən KİV-ə müraciət edərək iddia edir ki, oğlu aktiv vərəm xəstəsi olduğu halda həqiqi hərbi xidmətə aparılıb və indi də onun ordudan tərxis olunmasına icazə verilmir.
Müdafiə Nazirliyi xəstə əsgərin ordudan tərxis olunmaması barədə mətbuatda yazılanlara münasibət bildirib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyi xəstə əsgərin ordudan tərxis olunmaması barədə mətbuatda yazılanlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, N saylı hərbi hissənin əsgəri Rəşad İsgəndərovun anası Nənəxanım Nəsibova bir sıra dövlət qurumlarına, o cümlədən KİV-ə müraciət edərək iddia edir ki, oğlu aktiv vərəm xəstəsi olduğu halda həqiqi hərbi xidmətə aparılıb və indi də onun ordudan tərxis olunmasına icazə verilmir.

Sabiroğlu deyib ki, əsgər Rəşad İsgəndərov 2012-ci ilin yanvar ayında Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılarkən valideynin şikayətinə əsasən rayon HK tərəfindən müayinə üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib. O, həqiqətən bir neçə il əvvəl vərəm xəstəsi kimi müalicə olunub və sağaldıqdan sonra hərbi xidmətə yararlılığı barədə tibbi rəy çıxarılıb. Bundan sonra Rəşad İsgəndərov hərbi xidmətə göndərilib. Anası Nənəxanım Nəsibovanın müxtəlif dövlət orqanlarına çoxsaylı şikayət məktubları ilə əlaqədar, yenə də stasionar şəraitdə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə olunaraq xidmətə yararlılığı aşkar edilib.

Nazirlik sözcüsü deyib ki, bununla razılaşmayan əsgərin anası şikayətlərini davam etdirir. Rəşad İsgəndərov 29 noyabr 2012-ci ildə təkrar olaraq Müdafiə Nazirliyinin Ağciyər Xəstəlikləri Hospitalında, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri ilə birlikdə müayinə olunub, nəticədə təyin edilmiş diaqnoz təsdiq edilərək, onun hərbi xidmətə yararlı olduğu bir daha müəyyənləşdirilib.

Xidmət rəhbərinin sözlərinə görə, valideynin narahatlığını nəzərə alaraq, əsgərin sağlamlığının hərbi hissə həkimləri tərəfindən nəzarətə götürülməsi barədə göstəriş verilib.

"Beləliklə, vətəndaş Nənəxanım Nəsibova övladının əsassız olaraq hərbi xidmətdən tərxis edilməsini tələb edir və ardı-arası kəsilməyən şikayətləri ilə buna nail olmağa çalışır. Sual olunur: əgər əsgər həqiqətən yoluxucu xəstəliyin daşıyıcısıdırsa, onun orduda saxlanılmasına Müdafiə Nazirliyi niyə maraqlı olmalıdır?! Hörmətli ananın bu sualımıza cavabı üzərində mətbuat orqanlarının düşünməsini xahiş edərdik", - Sabiroğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti