...

FHN Bayıl sürüşmə zonasında problemlərin həlli məqsədilə aparılan işləri açıqladı (FOTO)

Cəmiyyət Materials 3 İyun 2014 13:03 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli istiqamətində iş aparır.
FHN Bayıl sürüşmə zonasında problemlərin həlli məqsədilə aparılan işləri açıqladı (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli istiqamətində iş aparır.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, FHN Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrup yaradıb, bu məsələ üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın "Şinyei Kaişa Korporeyşn" və Hollandiyanın "Vitteven Bos" şirkətlərinin ekspertlərini də bu işə cəlb edib.

Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar. İlk olaraq, əks ağırlıq yaratmaq üçün sürüşmə sahəsinin dil hissəsində istinad divarına paralel olaraq hər birinin hündürlüyü 5 metr olan 4 terras yaradılıb. Bunun üçün əraziyə 155 min kubmetr torpaq verilib.

İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb, nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib.

Nəhayət, dayanıqlıq faktorunu artırmaq üçün T.Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb. Hazırda 55 svay vurulub, 55-i isə vurulacaqdır. Üçüncü mərhələ çərçivəsində işlər davam edir.

Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti