...

ARDNŞ-yə məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 19 İyun 2014 12:14 (UTC +04:00)
Bakıda Azərbaycan Rrespublikası Dövlət Neft Şirkətinə məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
ARDNŞ-yə məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda Azərbaycan Rrespublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus mədəndə 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Bakı şəhər prokurorluğundan Trend-ə bildiriblər ki, iyunun 18-də saat 12 radələrində ARDNŞ-nin H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında Xəzər rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti