...

Lənkəranda 4 ədəd partlamamış tank əleyhinə mina aşkar edilib (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2016 23:36 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən bu gün Lənkəran şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb
Lənkəranda 4 ədəd partlamamış tank əleyhinə mina aşkar edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu gün Lənkəran şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, agentlik tərəfindən Lənkəran şəhərində, hərbi hissənin yaxınlığında 1 təhlükəli əraziyə baxış keçrilmib, 4 ədəd partlamamış tank əleyhinə mina (TM-62M) aşkar edilərək götrülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 644 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 476 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 35 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti