...

Britaniyalı qonaq: Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim

Cəmiyyət Materials 25 İyun 2017 17:39 (UTC +04:00)
“Azərbaycana birinci dəfədir gəlirəm, Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim”
Britaniyalı qonaq: Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərbaycana birinci dəfədir gəlirəm, Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim”. Bunu Trend-ə Böyük Britaniyalı qonaq Qrey Bitviş bildirib.

O qeyd edib ki, yaxınları ilə Bakıya turist kimi gəlsələr də Formula 1-ə tamaşa etməyə qərara alıblar: “Biz də Formula 1 yarışmasını xoşlayırıq. Yaxşı ki, biz Bakıda olduğumuz vaxtda keçirilir”.

Britaniyalı qonaq bildirib ki, Formula 1 yarışması Bakıya gələn turistlərin sayını xeyli artırır və Azərbaycanı dünyada daha yaxşı tanıdır: “İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcəklər”

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti