...

Müdafiə nazirinin müavini: Ordudan danışarkən diqqətli olmalıyıq

Cəmiyyət Materials 15 Dekabr 2017 13:35 (UTC +04:00)
“Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”.
Müdafiə nazirinin müavini: Ordudan danışarkən diqqətli olmalıyıq

Bakı. Elçin Mehdiyev – Trend:

“Ordu haqqında danışarkən diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir”.

Trend-in məlumatına görə, bunu müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.

K.Vəliyev bildirib ki, orduda ictimai nəzarət də var: “Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. Bundan başqa, 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edirlər. Burada müddətdən artıq hərbi xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Qeyd edim ki, həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər".

Nazir müaviniəlavə edib ki, bu gün müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların əksəriyyəti peşəkar insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti