...

2021-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir açıqlanıb

Cəmiyyət Materials 31 Yanvar 2022 20:41 (UTC +04:00)
2021-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci illə müqayisədə 4,8 faiz artaraq 7 milyard 758,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 885,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

2021-ci ildə hər bir ölkə sakini orta hesabla 774,4 manatlıq və ya 2020-ci illə müqayisədə nominal ifadədə 72,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti