...

Azərbaycan və İsrail arasında əczaçılıq sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2022 14:01 (UTC +04:00)
Azərbaycan və İsrail arasında əczaçılıq sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibbi məhsulların istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbərləri ilə görüş keçirilib.

Səhiyyə Nazirliyindən bu gün Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığımızın nümunəvi olduğunu qeyd etdi: “İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir. Bunu əsas tutaraq, səhiyyə sahəsində əməkdaşlıqdan məmnunuq. Eyni zamanda, səhiyyənin nəzdində olan yüksək texnologiya sahələrində - virusologiya, mikrobiologiya və digər istiqamətlərdə əməkdaşlığımız konsturiktivdir”.

Ölkələrimiz arasında əczaçılıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan nazir İsraildə güclü əczaçılıq sənayesinin yaradıldığını, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların tətbiq olunduğunu diqqətə çatdırdı.

Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin tibbi təhsil, səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Həmçinin yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi bildirdi.

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirə apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti