...

Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb

Cəmiyyət Materials 25 Yanvar 2023 20:28 (UTC +04:00)
Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb

Bakı. Trend6

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 940 852, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 629, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 326, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 144 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti