...

ADA Universitetində Natiqlik müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2023 21:41 (UTC +04:00)
ADA Universitetində Natiqlik müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 26-da ADA Universitetində Natiqlik müsabiqəsi keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən müsabiqədə ADA Universitetinin 15 tələbəsi tanınmış şairlərin şeirlərini səsləndiriblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal müsabiqə iştirakçılarını və münsifləri salamlayaraq ümummilli lider Heydər Əliyevin natiqlik istedadının, səmimi və özünəməxsus nitq üslubunun hər kəsə nümunə olduğunu qeyd edib.

“Natiqlik insana təbiətən verilən xüsusi istedaddır. Lakin bu xüsusi istedadla dünya gəlməyənlər belə dinləməklə, müşahidə etməklə və daim öz üzərində işləməklə həmin bacarığa sahib ola bilərlər. ADA Universitetində tələbələrə bu bacarıqları qazandırmaq və ya inkişaf etdirmək üçün hərtərəfli şərait mövcuddur”,-deyə bildirib.

Daha sonra tələbələr Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi”, Nəriman Həsənzadənin “Yoxdur”, Səməd Vurğunun “Azərbaycan” və Hüseyn Cavidin “Gülbahar” və digər tanınmış şairlərin şeirlərini səaləndiriblər.

Azərbaycanın əməkdar incəsənət xadimi Baba Vəziroğlu, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Prorektor Vəfa Kazdal, Əməkdar aktrisa Mehriban Xanlarova və ADA Məktəbinin rus dili müəllimi Natella Tarverdiyeva münsiflər heyəti qismində tələbələrin nitq bacarıqlarını qiymətləndiriblər.

Qonaqlar həmçinin tələbələrin ifasındakı piano əsərlərini dinləyiblər.

Tədbir zamanı Heydər Əliyevin poeziya nümayəndələrinə olan diqqət və qayğısını əks etdirən videogörüntülər nümayiş etdirilib.

Sonda qaliblərin adları açıqlanıb. Rəhimə Kərimova 1-ci yer, 2-ci yerə Marjonna Vahobova, Haviza Nabiyeva, Hasinnah Abdul Halim, 3 yerə Aytac Hüseynli, Fidan Ağageva, Əli Paşayev layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti