...

"Air Astana" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Cəmiyyət Materials 12 İyul 2023 18:31 (UTC +04:00)
"Air Astana" aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx - Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Trend xəbər verir ki, "Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti