...

“Uğurlu Səhm” müsabiqəsi 2023

Cəmiyyət Materials 4 Sentyabr 2023 17:02 (UTC +04:00)
“Uğurlu Səhm” müsabiqəsi 2023

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında “Uğurlu Səhm” müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirərək sahə üzrə təcrübəli mütəxəssislərdən rəy alacaqlar.

“Uğurlu Səhm” (Stock Pitch) nədir?

“Uğurlu Səhm” – seçilmiş səhm üzrə investisiya ideyasının və ya tövsiyyəsinin xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:

  • tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;
  • həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;
  • təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

Müsabiqədə kimlər iştirak edə bilər:

  • bakalavr pilləsinin son iki ilində təhsil alan tələbələr;
  • magistratura pilləsində təhsil alan tələbələr;
  • 2023-cü ilin magistratura və bakalavr məzunları.

Müsabiqədə iştirak yalnız dörd nəfərdən ibarət komanda şəklində mümkündür.

Müsabiqə üzrə mükafatlar:

1-ci yer: 7 000 AZN

2-ci yer: 5 000 AZN

3-cü yer: 3 000 AZN

Həmçinin, müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

18 sentyabr 2023

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi

25 sentyabr 2023

Növbəti mərhələyə keçəcək komandaların açıqlanması

27 sentyabr 2023

Seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi

27 oktyabr 2023

Səhm üzrə təhlilin təqdim edilməsi

3 noyabr 2023

Yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması

8 noyabr 2023

Yarım-final

10 noyabr 2023

Final

Müsabiqəyə qoşulmaq üçün qeydiyyat formasını doldurmağınız və hər bir iştirakçının CV-sini əlavə etməyiniz xahiş olunur. Müraciətlər həm Azərbaycan, həm də ingilis dilində qəbul olunur.

Son qeydiyyat tarixi: 18 sentyabr 2023

Məqalədə:
Xəbər lenti

Xəbər lenti