...

Bu məcəllə kiminsə şəxsi marağı üçün yazılmayıb – Xidmət rəisi

Cəmiyyət Materials 26 Sentyabr 2023 14:05 (UTC +04:00)
Bu məcəllə kiminsə şəxsi marağı üçün yazılmayıb – Xidmət rəisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabət Məcəlləsi kiminsə şəxsi marağı üçün deyil, ölkəmizin inkişafı üçün yazılıb.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.

Xidmət rəisi bildirib ki, iqtisadi siyasətimizin məqsədi ölkəmizdə rəqabət əsasında dayanıqlı iqtisadi inkişafı təmin etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti