Bakı. Trend:
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Mustafa Həməliyev, Güləhməd Həsənov və Bəhruz Cavadovdan qanunsuz olaraq saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngi aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.