...

Abşeronda dəri emalı sexinin rəhbəri məsuliyyətə cəlb olundu

Cəmiyyət Materials 24 Noyabr 2023 18:53 (UTC +04:00)
Abşeronda dəri emalı sexinin rəhbəri məsuliyyətə cəlb olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronun Aşağı Güzdək qəsəbəsində yerləşən “Daşagil” gölünün yaxınlıqdakı dəri emalı sexi tərəfindən çirkləndirilməsi faktı aşkar olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkab sularının “Daşagil” gölünə axıdılması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi və ETSN-nin 4 saylı Regional İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirib.

Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti