...

Soltanlı əvvəlkindən daha gözəl olacaq - Kənd sakini

Cəmiyyət Materials 24 Noyabr 2023 19:24 (UTC +04:00)
Soltanlı əvvəlkindən daha gözəl olacaq - Kənd sakini
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl rayonunun Soltanlı kəndi aparılan fəal bərpa işləri sayəsində işğaldan əvvəlkindən daha gözəl olacaq.

Bu barədə Trend-ə keçmiş məcburi köçkün, kənd sakini Hümbət Əliyev deyib.

O, kəndin mühüm mədəni irsə malik olduğunu, 1993-cü ildə sakinlərin doğma yurd-yuvasından didərgin düşməsinə qədər bütün uşaqlığının Soltanlıda keçdiyini vurğulayıb.

“Hazırda çox acınacaqlı mənzərəni görürük, çünki nə bir bina, nə də bir divar var ki, biz evlərimizi birtəhər müəyyən edə bilək. Çox şadam ki, bu gün buradayam və kəndimizin təməlqoyma mərasimində iştirak edirəm”, - o əlavə etdi.

Bundan əlavə, Hümbət Əliyev Azərbaycanın bütün dağıdılmış ərazilərini bərpa edəcəyinə və regionu ən qısa zamanda dirçəldəcəyinə dərin əminliyini ifadə edib.

Qeyd edək ki, noyabrın 24-də işğaldan azad edilmiş Soltanlı kəndinin təntənəli təməlqoyma mərasimi olub.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, o cümlədən kənd sakinləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti