Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Cenevrədə XI Qlobal Bakı Forumunun nəticələrinin müzakirəsi aparılıb.
Trend xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə ofisinin Baş direktoru Tatiana Valovaya, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, UNAİDS İçracı direktoru Vinnie Byanyima, Ümumdünya Texnologiya Birliyinin Baş direktor müavini Tomas Lamanauskas ilə görüşlər keçirib.
Mərkəzin Baş katibi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən XI Qlobal Bakı Forumunun nəticələri və gələcək əməkdaşlıqlar, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT Baş Assemblyası çərcivəsində təşkil etdiyi Nyu York Ali səviyyəli toplantısı, Summit of the Future, COP29 o cümlədən Mərkəzin ənənəvi olaraq Cenevrədə təşkil etdiyi ali səviyyəli toplantının təşkilati məsələləri müzakirə olunub.