...

Müəllimin danışıb, hamının susduğu ənənəvi dərs metodundan uzaqlaşmalıyıq - Agentlik rəhbəri

Cəmiyyət Materials 17 May 2024 12:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bizim müəssisələrimizdə problemyönümlü, hansısa keyslər üzərində qurulmuş, praktik yönümlü təhsillə bağlı ciddi problemlərimiz var.

Trend xəbər verir ki, bunu qurumun rəsmi saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

Direktor qeyd edib ki, bu da bizə sovet dövründən miras qalıb:

"Hətta elmi istiqamətdə belə, nəzəri sahə ilə məşğul olmaq o halda düzgündür ki, sizin yaratdığınız nəzəriyyə dünya tərəfindən qəbul edilsin. Əgər alim görürsə ki, onun nəzəriyyəsi fundamental əhəmiyyət daşımır, dünya bunu tanımır, həmin adam elmdən qaçmamalı, sadəcə olaraq daha çox tətbiqi sahələrlə məşğul olmalı, bugünkü iqtisadiyyatın çətinlikləri, çağırışları, cəmiyyətin problemlərinin həlli üçün elmi yollar təklif etməlidir.

Tələbə bütün günü yazıb, əzbərləyib, sonra da onu danışıb qiymət alırsa, oradan tətbiqə gəlib çıxmaq çox uzun yoldur və demək olar ki, mümkün deyil. Biz innovativ təhsil metodlarını akkreditasiya meyarlarına da daxil etmişdik və çox önəmli məsələdir.

Müəllimin danışıb, hamının susduğu ənənəvi dərs metodundan uzaqlaşmalıyıq. Komanda işləri, araşdırma yönümlü dərslər təşviq edilməlidir. Mənə elə gəlir ki, bizim xüsusi işləri gündəmə gətirən univesitetlərimiz də var və fərqli yanaşmalar ortaya qoyurlar. Bu da birdən-birə baş verən proses deyil və getdikcə ölkə üzrə paylanır.

Sizə deyim ki, əslində, bu proses dünyada da belədir. Bütün universitetlərin baxışı, siyasəti, məqsədləri eyni deyil. Elə universitetlər var ki, özünü daha çox tətbiqi sahədə görür və əmək bazarına yaxın olması ilə seçilir. Digəri deyir “mən fundamental nəzəriyyələrin, böyük elmin ocağıyam”. Başqası innovativ təhsil metodları ilə kadr hazırlamağı üstün tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti