Bakı. Trend:
Sulutəpə qəsəbəsində evlərin birindən oğurluq olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən ev sahibi 1950 manat pulunun oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Z.Şəfiyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.