...

Bakıda qar təmizliyi FOTOLARDA

Cəmiyyət Materials 1 Mart 2025 10:55 (UTC +04:00)
Bakıda qar təmizliyi FOTOLARDA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Artıq on gündür ki, paytaxt Bakı şəhərinə intensiv qar yağması davam edir. Bununla əlaqədar bütün bu günlər ərzində Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyəti davam etdiriblər.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.

Səhər tezdən isə kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.

Ərazidə aparılan təmizlik işləri ilə bağlı fotoları təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti