Bakı. Trend:
Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədilə müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edirəm.
Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə jurnalistlərə açıqlamasında bəhs edib.
Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.
“Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq”, - deyə icra başçısı vurğulayıb.