...

Təbii fəlakət nəticəsində qırılan ağacların yerində yeniləri əkiləcək – İcra başçısı

Cəmiyyət Materials 21 Aprel 2025 10:18 (UTC +04:00)
Təbii fəlakət nəticəsində qırılan ağacların yerində yeniləri əkiləcək – İcra başçısı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cəmiyyətin geniş müzakirə mövzusuna çevrilmiş külək nəticəsində ağacların aşması məsələsinə toxunub.

Trend xəbbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bəhs edib.

Eldar Əzizov bildirib ki, Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil.

"Əlbəttə, ağaclar da hər bir canlı orqanizm kimi müəyyən bir həyat dövrünə malikdir və mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq. Çünki bu, Ulu Öndər Heydər Əliyevin baxışlarına əsaslanan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ekoloji siyasətdir", – o, fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti