...

Turizm Dövlət Universiteti 2006-cı ildə tələbə qəbuluna başlayacaq

Cəmiyyət Materials 17 Aprel 2006 18:12 (UTC +04:00)

Turizm Dövlət Universiteti artıq 2006-cı ildə tələbə qəbuluna başlayacaq. Trend agentliyinin məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov aprelin 13-də bildirib.

Onun sözlərinə görə, universitet təhsil ilinin əvvəlində fəaliyyətə başlayacaq.

"Hazırda tələbə qəbulu planının dəqiqləşdirilməsi üzrə iş aparılır" - deyə nazir qeyd edib.

Mərdanovun sözlərinə görə, 2006-cı ildə tələbə qəbulu ötən ilki həcmdə qalacaq. Lakin bəzi ixtisaslar üzrə ixtisar aparılacaq.

Xəbər lenti

Xəbər lenti