...

Bu tədris ilində Azərbaycanın Təhsil Nazirliyi kənd məktəblərinə təxminən 3 min müəllim göndərəcək

Cəmiyyət Materials 6 İyul 2006 12:30 (UTC +04:00)

Bu tədris ilində Azərbaycanın Təhsil Nazirliyi kənd məktəblərinə təxminən 3 min müəllim göndərəcək.

Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

"Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təmin olunması" üzrə dövlət proqramına uyğun olaraq bu tədris ilində nazirlik ümumtəhsil məktəblərinə pedaqoji ali təhsil müəssisələrinin 986 nəfər məzununu, rayon təhsil şöbələrinin sərəncamına isə 1967 nəfər göndərib. Ötən il bu statistika 1308 və 941 nəfər təşkil edib.

Nazirlikdən o da qeyd olunub ki, əsasən ölkənin şimal, şimal-qərb və cənub regionlarında pedaqoji kadrlara tələbat böyükdür. Bu rayonların kənd məktəblərində Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya və digər fənləri tədris edən müəllimlərə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti