...

Dövlət Komissiyasının başçısı: Azərbaycanda təhsilin qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 26 Dekabr 2006 15:20 (UTC +04:00)

2007-ci il sentyabrın 17-də Azərbaycanda təhsilin qiymətləndirilməsinə həsr edilən beynəlxalq konfrans keçiriləcək. Trend xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2006/2007-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş və "Abiturient"in 12-ci buraxılışı münasibətilə düzənlənmiş mətbuat konfransında bildirib ki, Azərbaycan postsovet məkanında ilk ölkə olacaq ki, bu cür konfrans keçirilir.

M.Abbaszadə deyib: "1974-cü ildən başlayaraq bu kofrans hər il müxtəlif ölkələrdə keçirilir. Biz şadıq ki, belə bir mühüm tədbirin təşkilatçısı Azərbaycan olacaq".

Xəbər lenti

Xəbər lenti