...

"Barselona" madridlilərin qapısından 2 cavabsız qol keçirdi

İdman Materials 7 Aprel 2019 02:08 (UTC +04:00)
"Barselona" futbol klubu İspaniya Çempionatının 31-ci turu çərçivəsində "Atletiko Madrid"i qəbul edib.
"Barselona" madridlilərin qapısından 2 cavabsız qol keçirdi

Bakı. Trend:

"Barselona" futbol klubu İspaniya Çempionatının 31-ci turu çərçivəsində "Atletiko Madrid"i qəbul edib.

Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk qol yalnız 85-ci dəqiqədə vurulub, Luis Suarez fərqlənib. Cəmi bir dəqiqə sonra Lionel Messi hesabda fərqi artıtırıb - 2:0.

Beləliklə, 31 turdan sonra "Barselona" 73 xalla birincidir, aktivində 62 xal olan "Atletiko Madrid" isə kataloniyalıların ən yaxın izləyicisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti