...

Sahibkarlar arasında keçirilən mini futbol turniri başa çatıb (FOTO)

İdman Materials 22 Noyabr 2021 14:34 (UTC +04:00)
Sahibkarlar arasında keçirilən mini futbol turniri başa çatıb (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol” MMC-nin tərəfdaşlığı, “Qolat Sport Services”in təşkilatçılığı və “Modern Hospital”ın dəstəyi ilə sahibkarlıq subyektləri və bir sıra dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş mini futbol turniri başa çatıb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, noyabrın 21-də keçirilmiş final mərhələsində 1-ci yeri “Kapital Bank”, 2-ci yeri “Mibella Mebel”, 3-cü yeri “Pimapen”, 4-cü yeri isə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) komandaları tutub. Qalib komandalara kubok, medal və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin və dövlət qurumlarının əməkdaşlarından ibarət 32 komanda arasında təşkil olunmuş mini futbol turniri sentyabrın 26-da start götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti