...

Dünya çempionatında iştirak edəcək Avropa klubları dəqiqləşib

İdman Materials 18 Aprel 2024 14:43 (UTC +04:00)
Dünya çempionatında iştirak edəcək Avropa klubları dəqiqləşib

Bakı. Trend:

Klublararası dünya çempionatında iştirak edəcək sonuncu Avropa təmsilçisi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Köhnə qitə”dən son vəsiqəni “Zalsburq” qazanıb.

Avstriya klubu 2025-ci ildə təşkil olunacaq turnirdə Avropanın 12-ci komandası olacaq. Buna səbəb “Arsenal”ın Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya uduzmasıdır.

Zalsburqlulara qədər “Mançester Siti”, “Çelsi”, “Real”, “Bavariya”, PSJ, “İnter”, “Porto”, “Benfika”, “Borussiya” D, “Yuventus” və “Atletiko” da Avropanı mundialda təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, 32 komandanın qatılacağı yarış 2025-ci ilin yayında ABŞ-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti