...

Almaniyalı qapıçı Manuel Noyerin rekorda imza atmağa yaxındır

İdman Materials 20 İyun 2024 03:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyalı qapıçı Manuel Noyer Avropa çempionatları tarixində rekordçu ola bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Macarıstanla oyunda 17-ci dəfə final mərhələsində ölkə yığmasının formasını geyinib.

Noyer bu göstərici ilə İtaliya millisinin qolkiperi Canluici Buffona çatıb. 38 yaşlı qapıçı AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunda meydana çıxacağı halda mütləq rekordçu olacaq.

Qeyd edək ki, Noyer 2009-cu ildən Almaniya yığmasının şərəfini qoruyur. O, komandanın heyətində 120 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti